Afrikada ölənlərin sayı 145 mini ötüb - COVID-19

 00:02 06.07.2021     314

Afrikada koronavirusdan ölənlərin sayı 145 min nəfəri ötüb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyindən bildiriblər.

Məlumata əsasən, hazırkı dövrədək Afrikada koronavirusa 5 666 152 nəfər yoluxub, onlardan 145 594 nəfəri vəfat edib, 4,9 milyon nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma və ölüm halları Cənubi Afrika Respublikasında (CAR) qeydə alınıb - 2 062 896 yoluxma və 61 840 ölüm halı. //Trend.az