Yaponiyada torpaq sürüşməsi - 24 nəfər itkin düşüb

 09:17 06.07.2021     613

Yaponiyanın Atami şəhərində (Sidzuoka prefekturası) torpaq sürüşməsi nəticəsində 24 nəfər itkin düşmüş hesab olunur.

Redaktor.az xəbər verir ki, daha əvvəl 64 nəfərin itkin düşdüyü bildirilirdi. İndiyədək xilasedicilər onlardan 40-nın yerini müəyyənləşdirə bilib.

Dağıntıların təmizlənməsi işləri üçüncü gündür ki, davam edir.

Şənbə günü səhər 37 min əhalisi olan Atami şəhərində torpaq sürüşməsi baş verib. Onun uzunluğu təxminən 2 km. təşkil edib. Bu günə qədər dörd nəfər həlak olub və iki nəfər yaralanıb, 19 nəfər dağıntılar altından xilas edilib, 130 evə və binalara ziyan dəyib. //Qafqazinfo.az.