SON DƏQİQƏ: Qorxulan oldu, üç bölgədə "Delta plus"a yoluxma var - YENİ QADAĞALAR...

 15:53 06.07.2021     571

Türkiyədə koronavirus epidemiyası ilə mübarizədə son dərəcə əhəmiyyətli bir qərarın masada olduğu açıqlanıb.

Redaktor.az xəbər verir ki, xüsusilə gəncləri maraqlandıran qərarın  bəzi qadağalara da səbəb olacağı da deyilir. 

Türkiyənin səhiyyə Naziri Fahrettin Koca bildirib ki, İstanbul və digər iki böyük şəhərdə "Delta plus" ştammına yoluxma qeydə alınıb. Nazir əlavə edib ki, "Delta" ştammının aşkar edildiyi bölgələrin sayı isə 30-a çatıb. Koronavirusun bu növünə ümumlikdə 284 nəfər yoluxub. 

“Artıq hamımız bilirik ki, epidemiyaya qarşı insanlar arasında kütləvi immunitet formalaşmalıdır. Bunun üçün hər bölgədə ən azı insanların 70 faizi vaksin vurdurmalıdır. Başqa çıxış yolumuz yoxdur"