Rusiyada eston konsul cinayət üstündə yaxalanıb

 05:08 07.07.2021     436

Rusiyanın Sankt-Peterburq şəhərində Estoniya konsulu Mart Lyatte gizli məzmunlu materialları alarkən cinayət üstündə yaxalanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, o, sözügedən vasitələri adı açıqlanmayan Rusiya vətəndaşından almağı planlaşdırırdı.

Bildirilib ki, diplomatla bağlı beynəlxalq normalar çərçivəsində tədbirlər görüləcək. //Axar.az.