Məşhur jurnalistə silahlı hücum - Ağır yaralandı / FOTO

Məşhur hollandiyalı jurnalist Peter R de Vries paytaxt Amsterdamda silahlı hücum nəticəsində yaralanıb.
Redaktor.az xəbər verir ki, o, NOS kanalındakı proqramından çıxdıqdan sonra hücuma məruz qalıb. Ağır yaralanan jurnalist xəstəxanaya çatdırılıb.
Hücumu reallaşdıran şəxs hadisə yerindən qaçıb.
Qeyd edək ki, 64 yaşlı de Vries Hollandiyada apardığı cinayət araşdırmaları ilə tanınır.
Orxan İsmayılov / Redaktor.az
