Haiti prezidenti sui-qəsd nəticəsində öldürülüb

 14:38 07.07.2021     493

Haiti prezidentinə sui-qəsd olub.

APA-nın "Daily Beast" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin keçid Baş naziri Klaude Cozep bildirib.

Onun sözlərinə görə, prezident Xovenel Moisenin şəxsi iqamətgahına gecə saatlarında hücum olub və o güllələnib.

"Kimliyi hələlik müəyyənləşdirilməyən bir qrup şəxs gecə Prezidentin iqamətgahına hücum edib, bu şəxslərin bəziləri ispan dilində danışıb. Onlar prezidenti güllələyiblər. Prezidentin həyat yoldaşı isə yaralanıb. Birinci xanım xəstəxanaya yerləşdirilib", - deyə Baş nazirin bildirib. //APA