Paşinyandan Putinə: "SƏRHƏDƏ VƏZİYYƏT SABİT DEYİL"

 22:40 07.07.2021     354

Rusiyalı sülhməramlıların yerləşdirilməsindən sonra Dağlıq Qarabağda vəziyyət sabitdir, lakin zaman-zaman qeyri-sabitlik ortaya çıxır.

Redaktor.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.

"Təəssüf ki, son vaxtlar təhlükəsizliklə bağlı məsələləri tez-tez müzakirə edirik, çünki bölgəmizdəki vəziyyət o qədər də sabit deyil. Əlbəttə ki, hər kəs sizin şəxsi səylərinizi və Rusiyanın atəşkəsin əldə edilməsindəki səylərini bilir", - Paşinyan söyləyib.

Eyni zamanda, Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasındakı sərhəddə vəziyyət o qədər də sabit deyil. //Axar.az.