İran qaranlığa qərq olub - Azərbaycandan kömək istədi

 08:15 08.07.2021     199

İranda elektrik enerjisi qıtlığı yaranıb. Vəziyyət o həddə çatıb ki, artıq işıqforlarda da elektrik enerjisi yoxdur.

Redaktor.az xəbər verir ki, bu barədə danışan İranın elektrik enerjisi sənayesi üzrə rəsmisi Möjtab Rəcəbi ölkə daxilindəki problemin həlli üçün xaricə müraciət etdiklərini bildirib.

O, hazırda Azərbaycan və Türkmənistandan, qismən Ermənistandan elektrik enerjisi idxal etməyə başladıqlarını bəyan edib.

Qeyd edək ki, İranda 1000 meqavat gücündə iki elektrik stansiyasında elektrik enerjisi kəsilib. Ölkənin hər yerində - dövlət idarələrində, yaşayış və sənaye obyektlərində elektrik enerjisi böyük fasilələrlə verilir. Problemin ötən həftədən davam etdiyi bildirilib. //Axar.az.