Əfqanıstan ordusu 14 bölgəni "Taliban"dan geri alıb

 08:59 08.07.2021     567

Əfqanıstan ordusu son bir həftədə 14 bölgəni "Taliban" terror təşkilatından geri alıb.

Redaktor.az xəbər verir ki, bu barədə Əfqanıstan Silahlı Qüvvələrinin sözçüsü general Ajmal Şinvari məlumat verib.

Şinvari ordunun "Taliban"a qarşı bir həftə ərzində 278 əməliyyat keçirdiyini, 2360 terrorçunun öldürüldüyünü, 1412 nəfərin yaralandığını və 182 nəfərin də həbs edildiyini söyləyib. //Axar.az.