ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 60-a çatıb

ABŞ-ın Florida ştatının Sörfsayd şəhərində çökmüş yaşayış binasının dağıntıları altından çıxarılan meyitlərin sayı 60-a çatıb.
Redaktor.az xəbər verir ki, 80 nəfərin isə taleyindən xəbər yoxdur.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, iyunun 24-də Sörfsaydda 12 mərtəbəli yaşayış binası çöküb. //Qafqazinfo.az.