Prezidentin qətli ilə bağlı saxlanılanların sayı artıb Haiti

Haiti polisi ölkə prezidenti Jovenel Moizi öldürməkdə şübhəli bilinən daha iki nəfəri saxlayıb.
Redaktor.az xəbər verir ki, həmin şəxslər ölkə başçısını qətlə yetirən dəstənin üzvləridir.
Ötən gün həmin dəstənin dörd üzvünün zərərsizləşdirildiyi, ikisinin isə saxlanıldığı açıqlanmışdı.
Hökumət sui-qəsdçilərdən bəzilərinin hələ də azadlıqda ola biləcəyini istisna etməyib. //Sherg.az.