Sərhəddə NÖVBƏTİ GƏRGİNLİK - Əsgərlər həlak oldu

 09:42 09.07.2021     314

Qrğızıstan-Tacikistan sərhədində növbəti dəfə inident baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Mühafizəsi Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Mühafizəsi Xidmətinin 1 həbçisi Tacikistanla sərhəddə baş verən atışma nəticəsində həlak olub.

İlkin məlumata əsasən, Tacikistan tərəfindən də ölənlər və yaralananlar var. Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Mühafizəsi Xidmətinin Batken vilayəti üzrə rəhbəri K.Tolonbayev hadisə yerindədir.

Bildirilir ki, Qırğızıstan və Tacikistanın sərhəd xidmətlərinin nümayəndələri insidenti araşdırmağa davam edirlər. //Publika.az