Tokioda Olimpiada əleyhinə mitinq olub

Olimpiya məşəli Tokioya gətirilib.
Redaktor.az-ın məlumatına görə, məşəlin təntənəli gətirilmə mərasimi Komadzava parkında təşkil olunub.
Tədbir etirazçıların mitinqi ilə müşayiət edilib. Yaponiyalılar “Olimpiadanı dayandırın!”, “Biz Olimpiadaya qarşıyıq!” şüarları səsləndirib.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək. //APA