“Taliban” İranla sərhəddə keçid məntəqəsini ələ keçirib

“Taliban” döyüşçüləri Əfqanıstanla İran sərhədində daha bir keçid məntəqəsini ələ keçiriblər.
Redaktor.az xəbər verir ki, sözügedən “Abu Nasr Farahi” sərhəd keçid məntəqəsi İranın Fərəh vilayətində yerləşir.
Xatırladaq ki, “Taliban” hərəkatı döyüşçüləri bu gün Əfqanıstanın ikinci ən böyük şəhəri Qəndəhara da daxil olublar. //Qafqazinfo.az.