Əlcəzairdə turist avtobusu yük maşınıyla toqquşub, 18 NƏFƏR ÖLÜB

 20:48 10.07.2021     108

Əlcəzairin şimal-şərqində yük maşını ilə turistlərin olduğu avtobus toqquşub.

Redaktor.az xəbər verir ki, qəza Cicel və Konstantin şəhərlərini birləşdirən yolda baş verib.

Qəza nəticəsində ən azı 18 nəfərin öldüyü, 11 nəfərin xəsarət aldığı bildirilir.

Qəzanın səbəbi araşdırılır. //Apa.az.