Fransada daha bir silahlı hücum: YARALALILAR VAR

 22:14 10.07.2021     109

Fransanın Kle-Sui kommunasında soyuq silahla hücum olub.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen Tvitter hesabında məlumat verib.
Məlumata əsasən, hücum ticarət mərkəzində baş verib. Telefon danışıq məntəqəsində müştəri işçi ilə təqdim edilən hesab üstündə dalaşıb və sonra ona bıçaq zərbəsi endirib. Müştəri münaqişəyə müdaxilə edən şəxsi də bıçaqlayıb.

Hücum edən şəxs saxlanılıb. Yaralılardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, ötən gün də Marseldə silahlı hücum olmuşdu. //Axar.az.