Arazdəyəndə bir erməni əsgər öldü, 5-İ YARALANDI

Ermənistanda, Yerasx (Arazdəyən)-İrəvan yolunun 14-cü kilometrliyində qəza baş verib.
Redaktor.az xəbər verir ki, hərbçiləri daşıyan “UAZ-Patriot” maşını “Opel”lə toqquşub. Toqquşma zamanı yük maşını aşıb və orada olan məzdlu hərbçiləridən 1-i ölüb, 5-i isə ağır yaralanıb.
Hadisə ilə bağlı “Opel”in sürücüsü həbs edilib.
Erməni mediası saxlanılan “Opel” sürücüsünün Ruben Qriqoryan olduğunu bildirib. İddia edilib ki, o, maşını sərxoş halda idarə edirmiş. //Axar.az.