Fransada yollarda 1100 km-lik tıxac yaranıb

 05:31 11.07.2021     99

Fransada avtomobil yollarında tıxacların ümumi uzunluğu 1100 km-ə çatıb.

Redaktor.az xəbər verir ki, bunun 200 km hissəsi Paris və ətrafının payına düşür. Yollarda uzun tıxacların yaranmasının səbəbi kimi əhalinin kütləvi şəkildə tətil üçün dəniz kənarlarına üz tutması göstərilir. Ekspertlər iri şəhərlərin sakinlərinə şəxsi avtomobillə saat 16-dan sonra yola çıxmağı tövsiyə ediblər. //Report.az.