Tiflisdə döyülən jurnalist ölüb

 13:23 11.07.2021     108

Tiflisdə iyulun 5-də cinsi azlıq əleyhdarlarının keçirdiyi aksiyada döyülən “Pirveli” telekanalının operatoru Lekso Laşkarava vəfat edib.

Redaktor.az xəbər verir ki, o, yaşadığı evdə dünyasını dəyişib.

Media nümayəndəsinin dəqiq ölüm səbəbi hələ məlum deyil.

L.Laşkarava bir neçə gün xəstəxanada müalicə olunmuşdu.

Qeyd edək ki, aksiyada 50-yə yaxın media nümayəndəsinə fiziki təzyiq göstərilib. Polis iğtişaşlarda iştirak edən 11 nəfəri saxlayıb. Onların bəziləri barəsində həbs qətimkan tədbiri seçilib. //Axar.az.