"Amazon"un təsisçisi rekord dərəcədə varlanıb

 14:24 11.07.2021     109

“Amazon” şirkətinin təsisçisi Ceff Bezosun sərvəti 10,6 milyard dollar artıb, hazırda onun sərvəti 212,4 milyard dollar olaraq qiymətləndirilir.

Redaktor.az xəbər verir ki, iş adamının keçmiş xanımı Makkenzi Skott 3,5 milyard dollar varlanıb.

“Amazon”un səhmləri bu həftə 5,9% artıb. Bezos iyulun əvvəlində şirkətin baş direktoru vəzifəsindən istefa versə də, şirkətin idarə heyətinin sədri olaraq qalıb və 10%-dən çox səhm paketini özündə saxlayıb.

“Forbes” qeyd edir ki, “Amazon”un səhmlərinin bahalaşması ABŞ Müdafiə Nazirliyinin Müəssisələrin Birgə Müdafiə İnfrastrukturu (“Joint Enterprise Defense Infrastructure” – JEDI) layihəsindən imtina etməsi ilə əlaqəli ola bilər. Plana əsasən, JEDI-ni “Microsoft” reallaşdırmalı idi, bu isə “Amazon”u qane etməyib. Müqavilənin əldə edilməsi üzrə gedən yarışın favoriti sayılan ən böyük onlayn satış markası hətta məhkəməyə də müraciət edib. “Amazon” rəhbərliyi hesab edir ki, Müdafiə Nazirliyi C.Bezosu şəxsən bəyənməyən, ABŞ-ın keçmiş prezidenti Donald Trampın təzyiqi altında “Microsoft” ilə əməkdaşlıq etməyə qərar verib. //Lent.az.