Floridada çökən binada ölənlərin sayı 90-a yüksəlib

 22:05 11.07.2021     130

Floridanın Mayami şəhəri yaxınlığındakı Sörfsayd qəsəbəsində iki həftə bundan əvvəl yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 90-a çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin bələdiyyə başçısı Daniella Livayn Kava mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, uçqunda itkin düşənlərin sayı 31 nəfərdir. //Report.az.