Yeni yetmə bacısını pəncərədən atıb

 23:46 11.07.2021     389

Moskvada yaşayış binalarından birinin  pəncərələrinin altında yeni doğulmuş uşağın cəsədi tapılıb.

Redaktor.az xəbər verir ki, 13 yaşlı autizmdən əziyyət çəkən yeniyetmə bacısını yeddinci mərtəbənin pəncərəsindən atıb.

Səkkiz gün əvvəl dünyaya gələn qız ölüb. Hadisə zamanı valideynlərin harada olduğu bilinmir. 

İlkin araşdırma zamanı müəyyən edilib ki, ananın bir müddət başı qarışıq olub, körpə isə psixi xəstəlikdən əziyyət çəkən 13 yaşlı qardaşı ilə otaqda tək qalıb. 

İstintaq valideynləri dindirir. //Lent.az.