İstanbul hava limanına çəyirtkə sürüsü hücum edib

Bu gün İstanbul hava limanında qeyri-adi hadisə yaşanıb.
Redaktor.az xəbər verir ki, minlərcə çəyirtkə aeroportun uçuş-eniş zolaqlarından birini istila edib.
Sürü əraziyə çəyirtkələrlə qidalanan çox sayda qağayıların toplaşmasına da səbəb olub.
Aparılan dərmanlama işlərindən sonra çəyirtkələrin bir qismi ölüb, qalanları isə hava limanından uzaqlaşıb. //Oxu.az.