ABŞ-da təyyarə qəzası: ÖLƏNLƏR VAR

ABŞ-ın Arizona ştatında meşə yanğınlarının söndürülməsinə cəlb edilən təyyarə qəzaya uğrayıb.
Redaktor.az xəbər verir ki, hadisə nəticəsində göyərtədə olan 2 nəfər həlak olub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, meşə yanğınları təxminən 100 nəfərin yaşadığı məntəqənin yaxınlığında başlayıb. Yanğına səbəb kimi ildırım vurması göstərilir. //Axar.az.