İspaniya bankı bitcoin ticarətinə “yaşıl işıq” yandırıb

Ispaniyanın aktivlərinə görə 2-ci ən iri bankı Banco Bilbao Vizcaya Argentaria (BBVA) öz müştərilərinə kriptovalyuta ticarəti və saxlanmasınə icazə verib.
Redaktor.az xəbər verir ki, bankın İsveçrədəki filialı (BBVA Switzerland) 21 iyun tarixindən etibarən özəl müştərilərinə bitcoin ticarəti xidmətləri göstərməyə başlayacaq. BBVA Switzerland gələcəkdə bitcoin-dən başqa digər kripto aktivlərin siyahısını da genişləndirəcək. Bankın müştəriləri vergi hesabatlarının hazırlanmasında çətinlik çəkməyəcəklər və rəqəmsal aktivlərini avtomatik olaraq fiat valyutalarına çevirə biləcəklər. //Milli.az.