Hindistanda 38 nəfəri ildırım vurub öldürdü

 11:43 12.07.2021     1216

Hindistanda ildırım vurması nəticəsində azı 38 nəfər həyatını itirib.

Redaktor.az xəbər verir ki, ölkənin Racastan ve Uttar Pradeş əyalətlərində ildırım vurması hadisələri daha çox müçahidə olunur. 

Məlumata görə, Racastan əyalətində 11 nəfər foto çəkdirərkən ildırım düşüb və onlar həlak olublar.

Hindistan Meteorologiya Departamenti 13-14 iyul tarixlərində daha çox şimşək çaxacağı barədə xəbərdarlıq edib.

Orxan İsmayılov / Redaktor.az