DİQQƏT! Mobil telefonlar, GPS-lər işləməyəcək - DÜNYA TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏDİR

Bu gün geomaqnit günəş fırtınasının Yer atmosferinə keçməsi gözlənilir.
Redaktor.az xəbər verir ki, mütəxəssislər tərəfindən yaxından təqib edilən fırtına Yerə doğru yaxınlaşır və planetin bəzi hissələrində hiss olunacaq.
"Spaceweather" saytının məlumatlarına görə, günəş fırtınası 1,6 milyon kilometr sürətlə Yer kürəsinə yaxınlaşır. Fırtına Yerin maqnit sahəsinə əhəmiyyətli təsir göstərə bilər.
Günəş fırtınası sayəsində Yerin xarici atmosferi istiləşə və peyklərə ciddi təsir göstərilə bilər.
GPS, mobil telefon və peyk TV siqnallarında nasazlıqlar yaşana bilər.
Orxan İsmayılov / Redaktor.az