"Delta" variantı Azərbaycanla sərhəddə: YOLUXMA SAYI ARTIR, SƏRT KARANTİN OLA BİLƏR

 16:13 12.07.2021     317

İranda koronavirusun "Delta" variantı sürətlə yayılmaqdadır.

Redaktor.az xəbər verir ki, İranın koronavirusla mübarizə qrupuna rəhbərlik edən Nader Tavakoli paytaxt Tehranda yeni COVID-19 dalğası ilə mübarizə apardıqlarını qeyd edib. Tavakoli, son günlərdə minlərlə insanın "Delta" variantına yoluxduğunu və paytaxtdakı xəstəxanaların tam gücü ilə çalışmaq məcburiyyətində qaldığını vurğulayıb.

Sistan və Bəlucistan bölgələrində xəstəxanaların dolduğu açıqlanıb. 

Mütəxəssis "Delta" variantının epidemiyanın yenidən partlamasının hərəkətverici qüvvəsi olduğunu söyləyib. 

Ölkənin bəzi əyalətlərində məhdudlaşdırıcı tədbirlər həyata keçirilir.

Qeyd edək ki, İranda indiyədək 86 mindən çox insan koronavirusdan dünyasını dəyişib.

Orxan İsmayılov / Redaktor.az