ABŞ-ın 8 "F-16" qırıcısı Bolqarıstana gəlib

 17:09 12.07.2021     91

ABŞ-ın 8 “F-16” “Fighting Falcon” qırıcısı “Thracian Star 21” təlimlərində iştirak etmək üçün Bolqarıstanın Qraf İqnatievo bazasına gəlib.

Redaktor.az xəbər verir ki, məlumatı ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanlığı yayıb.

“F-16 Fighting Falcon” qırıcılarının daimi dislokasiya yeri İtaliyanın “Aviano” bazasıdır. //Report.az