Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb

 19:32 12.07.2021     89

Cənubi Koreya ordusuna məxsus UH-60 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə iyulun 12-də yerli vaxtla saat 10:30 radələrində paytaxt Seuldan 46 kilometr məsafədə yerləşən Poçon şəhərindəki hərbi hissədə baş verib. Helikopter hərbi hissədən pasiyenti təxliyə etmək üçün eniş edərkən qəzaya uğrayıb. Heyət üzvündən 2 nəfərin zədəsi daha ciddi olsa da, onların heç birinin həyatı üçün təhlükə yoxdur. Helikopterə ciddi ziyan dəyib.

Cənubi Koreya silahlı qüvvələrindən bildiriblər ki, qəzadan sonra ordunun sərəncamındakı eyni tip helikopterlərin istifadəsi dayandırılıb və müvafiq araşdırma aparılır. //Axar.az.