Çində hotel binası çökdü: Ölən və yaralananlar var - FOTO

 19:48 12.07.2021     92

Çində turistlər arasında məşhur olan Suçjou şəhərində hotel binasının bir hissəsi çöküb.

Redaktor.az xəbər verir ki, xilasedicilər dağılmış otelin dağıntıları altından səkkiz nəfəri çıxarıb, onlardan biri aldığı xəsarətlərdən ölüb.Hazırda təxminən 10 nəfər itkin düşüb. Qurtarılan şəxslərdən üçünün vəziyyəti ağırdır.

Fövqəladə hadisənin səbəbləri hələ açıqlanmayıb. Xilasetmə əməliyyatı davam edir. //Sherg.az.

 

2