Türkiyədə ev alan azərbaycanlıların sayı açıqlanıb

2021-ci ilin 6 ayında Azərbaycan vətəndaşları Türkiyədə 164 daşınmaz əmlak alıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Statistika İdarəsi məlumat yayıb.
Qeyd edək ki, bu göstərici ilə Azərbaycan Türkiyədə daşınmaz əmlak alışında 7-ci yerdə qərarlaşıb. Türkiyədə ən çox mənzil alan İraq vətəndaşlarıdır. //Axar.az.