Bişkekdən Türkiyəyə gətirilən FETÖ-çu barədə - QƏRAR

21 ildir Qırğızıstanda yaşayan və 1 iyunda Bişkekdə saxlanılaraq Türkiyəyə gətirilən FETÖ-nun Mərkəzi Asiya üzrə baş direktoru Orxan İnandı barədə qərar verilib.
Redaktor.az xəbər verir ki, FETÖ-çunun dindirilmə prosesi başa çatıb və o, FETÖ-nun Mərkəzi Asiyadakı təşkilatının lideri olduğunu etiraf edib.
Məhkəmə onun həbsi barədə qərar verib. //Axar.az.