Dəhşətli avtobus qəzası: 34 ölü, 10 yaralı

Boliviyanın cənubundakı Çuquisaka əyalətində yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az bildirir ki, hərəkətdə olan sərnişin avtobusu Potolo və Sukre şəhərləri arasındakı yolda uçurumdan dərəyə yuvarlanıb. Nəticədə 34 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya aparılıb. Qəzanın səbəbləri araşdırılır.
Orxan İsmayılov / Redaktor.az