Çində otel çöküb - Ölənlər var

 11:13 13.07.2021     368

Çində bir otel binasının çökməsi nəticəsində 8 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, hadisə ölkənin Jianqsu əyalətinin Suzhou şəhərində qeydə alınıb.

İlkin məlumatlara görə, 14 nəfər dağıntılar altından çıxarılıb, 9 nəfərin axtarışları davam etdirilir. 

54 otaqlı otelin 2018-ci ildə istifadəyə verildiyi bildirilib.

Orxan İsmayılov / Redaktor.az