İranda 4,9 bal gücündə zəlzələ

 22:00 13.07.2021     107

İranın cənubundakı Fars vilayətində 4,9 bal gcündə zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ vilayətin Baba Monir şəhərində yerli vaxtla 15:40-da qeydə alınıb.

Dərinliyi 8 kilometr olan zəlzələdə dağıntı və tələfat barədə hələlik məlumat yoxdur. //Qafqazinfo.az.