Özbəkistanda daşqınlar 8 nəfərin həyatına son qoyub

 23:19 13.07.2021     299

Özbəkistanın dağlıq rayonlarına yağan güclü yağış daşqınla nəticələnib. Təbii fəlakət bir sıra fəsadlar törədib.

Redaktor.az xəbər verir ki, Fərqanə vilayətinin Kasansay şəhərindən keçən eyni adlı çayda baş verən sel və daşqınlar 8 nəfərin həyatına son qoyub. Bundan başqa, 8 nəfər də xəsarət alıb.

Ölən və yaralananların artacağı istisna olunmur. Axtarış-xilasetmə işləri davam etdirilir. //Axar.az.