UNİSEF-in direktoru istefa verib

BMT-nin Uşaq Fondunun (UNİSEF) icraçı direktoru Henrietta For vəzifəsindən istefa verib.
Redaktor.az xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Farhan Hak deyib.
“H.For ailəsinin sağlamlığı ilə məşğul olmaq üçün vəzifəsindən istefa verəcəyi barədə BMT baş katibini məlumatlandırdı. Baş katib onun qərarını tam şəkildə anlayır və dərin təəssüflə qəbul edir”, - deyə F.Hak bildirib. //Axar.az.