Rusiyanın xarici borcu 470 milyard dolları ötüb

 05:39 14.07.2021     357

Rusiya Federasiyasının xarici borcunun həcmi ilin əvvəlindən bu yana 4 mlrd. ABŞ dolları və ya 0,9% artaraq 1 iyul 2021-ci il tarixinə 471,4 mlrd. dollar təşkil edib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının açıqlamasında deyilir.

Tənzimləyici qeyd edir ki, göstəricinin dinamikasına bank sisteminin xarici borcunun artması təsir edib, halbuki dövlət və digər sektorlardakı qurumların xarici borcları qeyri-rezidentlərin Rusiya aktivlərindən çıxması fonunda azalıb. //Modern.az.