Selfi çəkərkən yıxılıb öldü

 21:25 14.07.2021     152

İnstaqramda xüsusilə qayalıq ərazilərdə təhlükəli formada şəkillər çəkərək paylaşan Sofiya Çunq adlı fenomen faciəli şəkildə ölüb.

Redaktor.az xəbər verir ki, dostları ilə Honkonqdakı "Ha Pak Lai" parkına yollanan 32 yaşlı fenomen həmişə olduğu kimi sosial media hesabında paylaşmaq üçün fotolar çəkib.

Selfi çəkmək üçün şəlalənin başına qalxan Sofiya müvazinəti itirib və gölə yıxılıb. Dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. //Axşam.az.