Əməliyyat olunan Roma Papası xəstəxanadan buraxılıb

 01:04 15.07.2021     354

Roma Papası Fransisk xəstəxanadan buraxılıb.

Redaktor.az xəbər verir ki, Papa Fransisk bu gün səhər müalicə olunduğu "Augustino Gemelli" xəstəxanasını tərk edib.

Qeyd edək ki, iyulun 4-də xəstəxanaya yerləşdirilən 84 yaşlı Roma Papası bağırsağından əməliyyat olunub. Bu, 2013-cü ildən bəri Papa Fransiskin keçirdiyi ən ciddi cərrahi əməliyyatdır. //Apa.az.