Məşhur boksçunun oğlu boğulmayıb? - ÖLÜM SƏBƏBİ AÇIQLANIB

 23:18 14.07.2021     78

Ötən həftə britaniyalı boksçu Sebastyan Yubenkanın öldüyü xəbəri yayılmışdı.

Redaktor.az xəbər verir ki, o vaxt məşhur boksçu Kris Yubenkin oğlu olan idmançının 30 yaşının tamam olmasına bir neçə gün qalmış Dubayda istirahət zamanı çimərlikdə batdığı açıqlanmışdı. 

İndisə Yubenkanın ölümünün əsl səbəbi məlum olub. 

Dubay polisi Sebastyanın Dubay polisi Sebastyanın dənizdə çimərkən böyük bir infarkt nəticəsində faciəvi şəkildə öldüyünü söyləyib. Yəqin ki, sudan kənarda olsa da, xilas oluna bilməyib. 

“Hamımızın bilmədiyimiz əvvəlcədən mövcud olan bir ürək xəstəliyi ilə bağlı dəlil tapılıb”, - Sebastyanın həyat yoldaşə Salama Abdelati bildirib.

Sebastyan professional rinqdə iki oyun keçirib və hər ikisində qalib gəlib. 

Kris Yubenk orta, ikinci orta, yüngül və birinci ağır çəkilərdə yarışıb. O, WBO versiyası üzrə orta və ikinci orta çəkidə dünya çempionu olub. Karyerası ərzində 45 qələbə qazanıb və beş dəfə məğlub olub. //Lent.az.