"Koronanın bitməsi üçün 11 milyard vaksin lazımdır" - QUTERREŞ

 03:20 15.07.2021     301

Dünyada koronavirus pandemiyasının bitməsi üçün 11 milyard doza vaksinə ehtiyac var.

Redaktor.az xəbər verir ki, bu açıqlama ilə BMT Baş katibi Antonio Quterreş çıxış edib.

Quterreş dünya əhalisinin 70 faizinin peyvənd olunmasının lazım olduğunu vurğulayıb:

"Hazırda bütün dünyada, həm də ayrı-ayrı ölkələrdə vaksinlərə çıxış imkanları qeyri-bərabər paylanıb. Həm vaksin istehsalının artırılması, həm də peyvəndlərin ədalətli bölgüsü üçün qlobal vaksinasiya planına ehtiyac var" //Axar.az.