ABŞ və Kanadada güclü yanğınlar gözlənilir - CİDDİ XƏBƏRDARLIQ

Rekord temperaturun təsiri altında olan ABŞ və Kanadanın qərb bölgələri güclü yanğın təhlükəsi ilə qarşı-qarşıyadır.
Redaktor.az xəbər verir ki, idarəolunmaz yanğınları araşdıran Alberta Universitetinin professoru Mayk Flennigen yanğınların üç əsas səbəbi olduğunu söyləyib:
- Yanacaq
- İnsan qaynaqlı və ya ildırımın səbəb olduğu alovlanma
- İsti, quru və küləkli hava şəraiti
Mütəxəssis sözügedən bölgələrdə yanğın riskinin ən yüksək həddə çatdığını söyləyib.
ABŞ-ın təxminən yarısı müxtəlif dərəcələrdə quraqlığın təsiri altındadır. Qərb əyalətlərində quraqlıq "fövqəladə" səviyyəyə çatıb.
Bu il yüksək temperatur səbəbindən dağ zirvələrində qar örtüyünün erkən əriməsi də həyəcan yaradır. Qar örtüyü əsasən yanğına qarşı maneə rolunu oynayır və quraqlıq şərtlərini yüngülləşdirir.
Bütün bu məqamlar isə güclü yanğınlara zəmin yaradır.
Orxan İsmayılov / Redaktor.az