Münaqişə alovlanır: Kəndlərin 70 faizinə nəzarəti ələ keçiriblər - YENİ TƏHLÜKƏ...

 14:30 15.07.2021     766

ABŞ ordusu Əfqanıstanı tərk etdikdən sonra “Taliban” terror təşkilatı yenidən fəallaışıb. Belə ki, Əfqanıstanın paytaxtı Kabilin ətrafındakı kəndlərdən 70-i “Taliban”ın nəzarətinə keçib.

Bəs bundan sonra regionda vəziyət hansı istiqamədə cərəyan edəcək?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını politoloq Fikrət Sadıqov cavablayıb. O qeyd edib ki, ABŞ ordusu  Əfqanıstandan çıxdıqdan sonra regionda vəziyyət mürəkkəbləşəcəyi bəlli idi:

“Digər bir reallıq odur ki, nə ABŞ, nə də Böyük Britaniya Əfqanıstanı nəzarət altına ala bilmədilər. Onilliklər ərzində bu dövlətlərin cəhdləri öz nəticəsini vermədi. Həqiqət isə odur ki, Əfqanıstanda baş verən hadisələr orta Asiya ölkələrinə böyük təhlükə yaradır. Tacikistan, Türkmənistan, Özbəkistan kimi ölkələr üçün xüsusilə ciddi təhülkə var”.

Politoloq bildirib ki, Əfqanıstan ərazisində "Taliban"la razılaşma əldə olunmalıdır:

“Bir sıra enerji layihələri Əfaqanıstanın ərazisindən keçir. Əgər aparıcı dövlətlər regionda stabilliyin yarnmasını istəyirlərsə, "Taliban"la danışıqlar aparılmalıdır. Çünki onlar artıq 80 faiz əraziyə nəzarət edir. Müəyyən danışıqlar, güzəştlər və razılıq əldə etmək lazımdır. Əgər diplomatik addımlar atılmasa regionda münaqişə alovlanacaq.”.

Şəbnəm Mehdizadə