Almaniyada sel fəlakəti: 30 nəfər itkin düşdü

 10:48 15.07.2021     345

Almaniyanın qərbində güclü yağış daşqın və selə səbəb olub.

Redaktor.az xəbər verir ki, ümumilikdə 4 nəfər ölüb, 30 nəfər isə itkin düşüb.

Şuld bei Adenau bölgəsində 25 ev uçmaq təhlükəsi ilə üzləşib. 

Təhlükəsizlik qüvvələri fəlakətin dərəcəsi ilə bağlı dəqiq məlumat verməyib. Daşqın olan bəzi yerlərdə yollar bağlanıb. 

Axtarış-xilasetmə işlərinə ordu da cəlb olunub.

Orxan İsmayılov / Redaktor.az