Rusiyada rekord sayda ölüm qeydə alınıb - COVID-19

Rusiyada koronavirusdan günlük rekord ölüm sayı qeydə alınıb.
Redaktor.az bildirir ki, ölkədə son gün ərzində 791 nəfər COVID-19-dan ölüb. Daha 25 293 yoluxma faktı aşkarlanıb.
Qeyd edək ki, Rusiyada son günlər koronavirusa ölüm halları durmadan artır.
Orxan İsmayılov / Redaktor.az