Türkiyədə sel 7 nəfərin həyatına son qoyub

 17:45 15.07.2021     104

Türkiyənin Rizə əyalətində leysan yağışlardan sonra yaranan sel nəticəsində ölənlərin sayı 7-yə yüksəlib, itkin düşənlərin sayı isə 1 nəfərdir.

Redaktor.az xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, təbii fəlakət bölgəsində sel 87 evə və 20 iş yerinə maddi ziyan vurub. 72 kəndə yollar bağlanıb. 103 nəfər isə təxliyə edilib. //Report.az