"Taliban" Əfqanıstana 500 milyon dollarlıq ziyan vurub

 02:05 16.07.2021     280

"Taliban" hərəkatı Əfqanıstanda dövlət qurumlarına 500 milyon dollar dəyərində ziyan vurub.

Redaktor.az xəbər verir ki, bu barədə əfqanıstan hökumətinin nümayəndəsi Əhməd Nadir Nadiri məlumat verib.

“"Taliban" hərəkatı 260 dövlət binasını, o cümlədən ölkənin müxtəlif rayonlarında 116 dövlət əmlakını ya yandırıb, ya da dağıdıb. 13 milyon əfqan terrorçuların nəzarət etdikləri rayonlarda sosial xidmətlərdən məhrub edilib. 50 min əfqan məmur öz vəzifələrini icra edə bilmir. Ümumilikdə dəyən ziyanın miqdarı 500 milyon dollar təşkil edir”, - Nadiri bildirib. //Axar.az.