Çində 3 nəfərə görə əyalətdə lokdaun tətbiq edilib

Çinin 190 min əhalisi olan Lunçuan əyalətinin administrasiyası koronavirus səbəbindən lokdaun tətbiq olunub.
Redaktor.az xəbər verir ki, əyalətdə son sutka ərzində 3 nəfər koronavirusa yoluxub.
Hazırda həmin şəxslər xəstəxanaya yerləşdiriliblər. Əyalətə giriş-çıxışlar məhdudlaşdırılıb. Əyalət hökuməti əhalinin kütləvi şəkildə testdən keçirilməsinə başlanılıb.
Koronavirusa yoluxmuş şəxslərlə əlaqədə olan 383 nəfər də karantində saxlanılır. //Axar.az.